İtaliyanın müdafiə nəhəngindən Avropaya ÇAĞIRIŞ: Oyanmalıyıq, yoxsa...
Bizi izləyin

Dünya

İtaliyanın müdafiə nəhəngindən Avropaya ÇAĞIRIŞ: Oyanmalıyıq, yoxsa...

İtaliyanın müdafiə nəhəngi “Leonardo” konserninin rəhbəri Roberto Cinqolani Avropa İttifaqında vahid müdafiə məkanının yaradılması təşəbbüsü ilə çıxış edib.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

O, müsahibəsində Avropa müdafiə sənayesinin hazırkı parçalanmasını tənqid edib.

Cinqolani Avropa müdafiə şirkətləri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Müsbət nümunələr kimi o, "Leonardo"nun Almaniyanın "Rheinmetall" şirkəti ilə müasir zirehli maşınların istehsalı sahəsində tərəfdaşlığını, eləcə də kosmik sənayedə birgə müəssisənin yaradılması ilə bağlı "Airbus" və "Thales" şirkətləri ilə danışıqları göstərib.

“Biz oyanmalıyıq, bir növ Avropa müdafiə məkanı yaratmalıyıq, müdafiə şirkətləri arasında əməkdaşlığı gücləndirməliyik", - deyə o vurğulayıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm