Dünya
Hindistan Türkiyəyə qarşı "müharibə" elan etdi: Boykot başladı

Hindistan və Pakistan arasında artan gərginlikdə Türkiyənin Pakistana açıq dəstək verməsi Yeni Dehli administrasiyası və ictimaiyyətinin reaksiyalarına səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Hindistanda türk mənşəli məhsul və xidmətlərə qarşı hərtərəfli boykot başladılıb. Ölkədə fəaliyyət göstərən əsas ticarət platformaları Türkiyədən idxal olunan məhsulların satışını dayandırmaq qərarına gəlib. Boykot çərçivəsində xüsusilə tekstil sektoruna aid markalar daxildir. "LC Waikiki", "Koton" və "Mavi" kimi brendlərə aid məhsulların da siyahıya salındığı bildirilir.
Boykot təkcə rəqəmsal platformalarla məhdudlaşmır. Həmçinin ölkənin Prayaqrac şəhərində bəzi tərəvəzçilər də Türkiyədən gətirilən məhsullara reaksiya veriblər. Xüsusilə Türkiyə mənşəli almalar piştaxtalardan yığışdırılıb.
“Biz həmişə Türkiyəni dəstəkləmişik, lakin onlar bizə xəyanət ediblər”, - deyə səlahiyyətlilərdən biri söyləyib. Bir e-ticarət platformasının rəsmisi də mövzu ilə bağlı açıqlama verib: "Vətəndaşlarımızla həmrəy olaraq, ölkənin dəyərlərinə uyğun olmasını təmin etmək üçün platformalarda təklif etdiyimiz xidmətləri nəzərdən keçiririk”.
Bu bəyanatlar Hindistan ictimaiyyətinin Türkiyənin xarici siyasət mövqeyinə qarşı narazılığının konkret təzahürü kimi qiymətləndirilib.
Roza

-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO
-
Region22 İyun 22:24
İsrail ordusu SEPAH-ın raket zavodunu belə vurdu - ANBAAN VİDEO
-
Səhiyyə22 İyun 22:00
Döş xərçəngi ilə bağlı İNQİLABİ KƏŞF - 68 ay əvvəl aşkarlana bilər
-
Sosial22 İyun 21:00
Sevil Əliyevanın oğlu bu məşhurların nəvəsi ilə ailə qurub - FOTO/YENİLƏNDİ
-
Dünya22 İyun 20:36
Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı