Dünya
İran səfiri Britaniya XİN-ə çağırıldı

Böyük Britaniya hökuməti İranın Londondakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Publika.az xəbər verir ki, İranın üç vətəndaşının Milli Təhlükəsizlik Aktı çərçivəsində casusluq ittihamı ilə həbs olunmasından sonra bu addım atılıb.
Həbs olunanlar Londonda fəaliyyət göstərən “İran İnternational” müstəqil media qurumunun jurnalistlərini hədəf almaqda və xarici kəşfiyyat orqanına yardım edə biləcək fəaliyyətlərdə ittiham olunublar.
Bildirilib ki, Böyük Britaniya hökuməti milli təhlükəsizliyin qorunmasını əsas prioritet hesab edir və İran öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır.
Eyni zamanda Böyük Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili də İran vətəndaşlarının Birləşmiş Krallıqda əsassız və siyasi motivli həbsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

-
Sosial13:52
Nazir müəllimlərin iş saatı haqda: Bundan artıq olmaz
-
Rəsmi xronika13:32
Prezident daha bir fərman imzaladı
-
Sosial12:46
Ermənilər daha bir mahnımızı oğurladılar - VİDEO
-
Region11:16
Paşinyan Türkiyəyə nəyə gedir? - Bağlı qapılar arxasında müzakirə
-
Dünya10:54
Netanyahu orduya göstəriş verdi: Heç kimin toxunulmazlığı yoxdur, VURUN!
-
Yaxın Şərq10:00
ABŞ kəşfiyyatı məlumat yaydı: Xameneinin öldürülməsi planı…
-
Avropa09:54
Amerikalı rejissorun dəhşətli əməli: Rus qadını və körpəsini bu ölkədə vəhşicəsinə öldürdü
-
Nida Xəbər 09:12
Milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Bakıda hakim qarşısında