Tramp Baydenin xəstəliyindən danışdı: Nəyə təəccüblənib?
Bizi izləyin

Dünya

Tramp Baydenin xəstəliyindən danışdı: Nəyə təəccüblənib?

ABŞ prezidenti Donald Tramp Ağ Evdə mətbuata verdiyi açıqlamada keçmiş prezdent Co Baydenin prostat xərçəngi diaqnozu barədə danışıb.

Publika.az xəbər verir ki, Tramp bu xəbərdən kədərləndiyini dilə gətirib.

O, diaqnozun niyə bu qədər gec qoyulduğuna təəccübləndiyini vurğulayıb:

"Mən bunun daha tez ictimaiyyətə açıqlanmamasına təəccüblənirəm, çünki 9-cu səviyyəyə çatmaq uzunmüddətli bir şeydir. O, daha əvvəl sağlamlıq testlərindən keçmişdi. Hətta eyni həkim Conun koqnitiv cəhətdən sağlam olduğunu demişdi. Onun heç bir problemi yox idi. Lakin məlum oldu ki, bu, kədərli bir vəziyyətdir".

Qeyd edək ki, ötən həftə Co Baydenə prostat xərçənginin "aqressiv forması" diaqnozu qoyulub və şiş sümüklərinə yayılıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm