Dünya
ABŞ-ın gözü bu ölkənin limanlarındadır: Çini də təzyiq edib çıxarmaq istəyir

ABŞ prezidenti Donald Tramp ikinci dönəminə başladıqdan sonra ABŞ-Çin rəqabəti başqa bir forma almağa başlayıb. Bu rəqabət Yunanıstan limanlarında da öz təsirini göstərməkdədir.
Publika.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzeti yazıb.
“ABŞ-ın gözü Yunanıstan limanlarında” başlıqlı məqaləyə görə, Tramp ABŞ-ın Yunanıstandakı yeni səfiri Kimberli Quilfoyleyə önəmli missiya tapşırıb. Bu missiya Yunanıstan limanlarına nəzarət, Çinin Pirey də daxil olmaqla bölgədəki təsirini azaltmaqdan ibarətdir.
Qəzetin yazdığına görə, ABŞ Yunanıstanın Saloniki limanına nəzarəti də ələ keçirmək niyyətindədir. Qeyd olunub ki, Mərkəzi Avropaya yaxınlığı Trampın Çinlə mübarizədə seçilmiş tərəfdaşı olan Hindistanın ticarət siyasətini dəstəkləmək üçün Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) yaratmaq məqsədlərinə də tam uyğun gəlir.
Xəbərə görə, ABŞ uzun müddətdir Pirey limanındakı Çinə məxsus hər şeyə diqqət edir. Bu çərçivədə ABŞ Çinin dövlət gəmiçilik və logistika xidmətləri şirkəti COSCO-nun fəaliyyətini yaxından izləyir. Bildirilib ki, Pireyi tərk etməsi üçün ABŞ Yunanıstandan COSCO-ya təzyiq göstərməsini istəyir.
Roza

-
Magazin106:16
"Yalvardım ki, məni boşa"
-
Avropa05:45
Tramp Starmerlə ortaq məxrəcə gəldi - Bu ölkə “ciddi təhdid” yaradır
-
Maraq dünyası04:44
Xoşbəxtlikdən buna görə ağlayırıq - ŞOK ARAŞDIRMA
-
Nida Xəbər 03:43
SON DƏQİQƏ: Tehran silsilə hücumlara məruz qalır - VİDEO
-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO