İspaniyada bu dəfə telekommunikasiya şəbəkəsi çökdü
Bizi izləyin

Dünya

İspaniyada bu dəfə telekommunikasiya şəbəkəsi çökdü

İspaniyada elektrik enerjisinin kəsilməsindən 4 həftə sonra bu gün telekommunikasiya şəbəkəsi çöküb.

Publika.az xəbər verir ki, bu barədə “The US Sun” qəzeti məlumat yayıb.

Bildirilib ki, “Movistar”, “Orange”, “Vodafone”, “Digimobil” və “O2” kimi iri aparıcı şəbəkələrdə problem yaranıb.

Problemin daha çox Madrid, Malaqa, Barselona, ​​Valensiya, Mursiya, Sevilya və Bilbao kimi əsas turizm nöqtələri də daxil olmaqla ölkənin əksər bölgələrinə təsir etdiyi qeyd olunub.

Məlumata görə, yerli vaxtla səhər saat 5 radələrindən başlayan kəsintinin səbəbi məlum deyil.

Xatırladaq ki, təxminən dörd həftə əvvəl ölkədə geniş miqyasda elektrik kəsilməsi baş vermişdi. Ölkədə nəqliyyat və rabitən iflic vəziyyətə düşmüşdü.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm