Dünya
Ərdoğan Makronu alçaltdı, ona heç kim hörmət etmir: Fransa bu kadrlardan danışır - VİDEO

Fransa və Türkiyə prezidentləri Emmanuel Makron və Rəcəb Tayyib Ərdoğanın Tiranada Avropa Siyasi Birliyinin sammiti zamanı qeyri-adi salamlaşması barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə geniş yayılan kadrlar Fransada böyük rezonans doğurub.
Xatırladaq ki, videoda Makronun türkiyəli həmkarı ilə salamlaşmaq istəyəndə Ərdoğanın sadəcə onun əlini sıxmaması, gözlənilmədən yüngülcə onun əlinə şapalaq vurduğu görünür. Təslim olmaq istəməyən Makron əlini Ərdoğanın əlinin üstünə qoyub və eyni jesti təkrarlayıb.
Amma qəribə jestlərin mübadiləsi bununla bitməyib. Ərdoğan qəfildən Makronun barmağından tutub. Makron on saniyəyə yaxın bu yöndəmsiz vəziyyətdə qalaraq gərgin şəkildə gülümsəməyə davam edir.
Fransız ekspertlər əmindirlər ki, Ərdoğan Makronu açıq şəkildə aşağılayıb. Prezidentlərin konkret nəyi müzakirə etdiyi məlum deyil. Jurnalistlər uzaqda olublar və söhbətlərini lentə ala bilməyiblər. Lakin ilk dəfə Türkiyənin “En Son Haber” telekanalında nümayiş etdirilən mənzərə internetdə sürətlə yayılıb.
Bir çox sosial şəbəkə istifadəçiləri Ərdoğanın davranışını Fransa prezidentinin nümayişkaranə şəkildə alçaldılması kimi qəbul ediblər.
Fransa Vətənpərvərlər Partiyasının lideri, Avropa Parlamentinin keçmiş üzvü Florian Filippot videoya kəskin reaksiya verib:
"Makron fəlakətdir. Heç kim onu sevmir, heç kim ondan qorxmur, heç kim ona hörmət etmir".
Natiqlik üzrə ekspert Adrien Riviere isə hesab edir ki, Ərdoğan bu andan qəsdən siyasi mesaj vermək üçün istifadə edib. Onun sözlərinə görə, videonun mediaya çatacağını anlayan Türkiyə prezidenti gərgin siyasi rəqabət şəraitində vəziyyətdən yararlanmaq istəyib.
Riviere onu da qeyd edib ki, əl sıxma çox vaxt daha təcrübəli və ya nüfuzlu iştirakçının üstünlük nümayişidir.
"Bu, zərfi möhürləmək kimi bir nəzarət jestidir" deyə Adrien Riviere izah edib. Bir barmağın tutulmasına gəlincə, o, bunun təsadüf ola biləcəyini düşünür:
"Barmağın on üç saniyəyə qədər saxlandığı bu cür uzun və qəribə jest dominantlıq yaratmaq cəhdidir”.
Tural

-
Magazin106:16
"Yalvardım ki, məni boşa"
-
Avropa05:45
Tramp Starmerlə ortaq məxrəcə gəldi - Bu ölkə “ciddi təhdid” yaradır
-
Maraq dünyası04:44
Xoşbəxtlikdən buna görə ağlayırıq - ŞOK ARAŞDIRMA
-
Nida Xəbər 03:43
SON DƏQİQƏ: Tehran silsilə hücumlara məruz qalır - VİDEO
-
Elm və təhsil00:15
Məşhur olimpiada SAXTA ÇIXDI - VİDEO
-
Magazin100:00
“Özümü 60 yaşlarımda da belə saxlayacağam” - FOTO
-
Hadisə22 İyun 23:36
Qubada ağır qəzada ölən bacıların kimliyi məlum oldu - FOTO/YENİLƏNDİ
-
İKT22 İyun 23:12
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO