Trampın “möhtəşəm” qanun layihəsi ölkəni ikiyə böldü
Bizi izləyin

Dünya

Trampın “möhtəşəm” qanun layihəsi ölkəni ikiyə böldü

ABŞ prezidenti Donald Trampın ölkəni bölən vergi və xərclər haqqında qanun layihəsi Nümayəndələr Palatasından keçib.

Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, qanun layihəsi Trampın 2017-ci ildə qəbul etdiyi vergi endirimlərini uzadacaq, uçot gəlirləri və avtomobil kreditləri üçün yeni vergi güzəştləri yaradacaq. Həmçinin, bir çox yaşıl enerji subsidiyalarına son verəcək, hərbi və immiqrasiya mühafizəsi üçün daha çox xərclər təmin edəcək.

Lakin qanun layihəsi eyni zamanda aşağı gəlirli amerikalıların qida və sağlamlıq proqramlarına çıxışını çətinləşdirəcək qaydalar da ehtiva edir.

Trampın “böyük, möhtəşəm qanun layihəsi” adlandırdığı təklif partiyasız Konqresin Büdcə Ofisinə görə, növbəti on il ərzində ABŞ-ın borcuna əlavə 3,8 trilyon dollar əlavə edəcək.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm