İŞİD daha 13 nəfəri edam etdi – FOTOLAR
Bizi izləyin

Dünya

İŞİD daha 13 nəfəri edam etdi – FOTOLAR

İŞİD terror qruplaşması növbəti qətliamı həyata keçirib.

Publika.az-ın xəbər verir ki, terror qruplaşması təbliğat məqsədilə istifadə etdiyi sosial şəbəkədə bu dəfə 13 sünninin öldürüldüyü ilə bağlı görüntüləri yayımlayıb.

Dəhşətli görüntülərdə İŞİD edam edəcəyi şəxslərə yenə də narıncı paltarlar geyindirib. On üç nəfər diz üstündə yerə çöküb və hər birinin arxasında qaya geyimli İŞİD silahlıları dayanıb. Edamın İraqın Tikrit şəhərində həyata keçirildiyi bildirilir.

Edamdan sonra öldürülən insanlar səkidən yolun kənarına düşür. Edam edilənlərin 10 gün əvvəl İŞİD silahlıları tərəfindən tutulduğu və özlərinə "El Alam Şovalyeləri” deyilən sünni bir qrupun üzvləri olduğu təxmin edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm