Fətullah Gülənin vəziyyəti ağırdır – İDDİA
Bizi izləyin

Dünya

Fətullah Gülənin vəziyyəti ağırdır – İDDİA

Gülən camaatına qarşı əməliyyat çərçivəsində həyata keçirilən “14 dekabr” əməliyyatı hazırda Pensilvaniyada yaşayan dini lider Fətullah Gülənin səhhətinə pis təsir edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Gülənin dünən infarkt keçirdiyi iddia olunur.

Onun Pensilvaniyada xəstəxanaya yerləşdirildiyi deyilir. İddiaya görə, hazırda reanimasiyada olan Gülənin vəziyyəti ağırdır.

Xəstəxananın hadisəni gizli saxladığı, Gülənin yaxın adamlarının isə bir neçə gün ərzində açıqlama verəcəyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm