Obama: “İlk avtomobilimi 900 dollara aldım, altında böyük bir dəlik var idi“
Bizi izləyin

Dünya

Obama: “İlk avtomobilimi 900 dollara aldım, altında böyük bir dəlik var idi“

ABŞ-da keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca namizədlər arasında mübarizə də getdikcə qızışır.

Publika.Az-ın Türkiyənin "Akşam" qəzetinə istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürmüş Mitt Romney verdiyi açıqlamada hazırki prezident Barak Obamanı orta sinfin nümayəndəsi olmamaqda ittiham etmişdi. Obamanın Romneyə cavabı isə gecikməyib.

Respublikaçı namizədə ünvanladığı cavabda Obama bildirib ki, ilk avtomobilini 900 dollara alıb: "Altında böyük bir dəlik olduğu üçün gedərkən belə yeri görə bilirdim. Həyat yoldaşım və mən məzun olduqdan 9 il sonra tələbə vaxtı aldığımız kreditləri ödəyirdik. Bu səbəbdən mən əsl orta sinif ABŞ vətəndaşıyam".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm