Dünya
Ermənistan: "Yeni RLS tikintisi üçün Rusiyaya yer verə bilərik"
Ermənistanın Baş naziri Tiqran Sarkisyan "Kommersant" qəzetinə müsahibəsində respublika ərazisində radiolokasiya stansiyasının tikintisi haqqında məsələni Rusiya ilə müzakirə etməyə hazır olduqlarını bildirib.
"Əgər bizim ərazimiz belə maraq kəsb edirsə, onda biz bu məsələni
müzakirə etməyə hazırıq. Hesab edirəm ki, burada hətta üstünlük də
ola bilər, çünki Ermənistan dağlıq ölkədir. Əhatə geniş ola bilər",
- Trend-in məlumatına görə, Sarkisyan deyib.
Azərbaycanın Qəbələ rayonunun yaxınlığında yerləşən Qəbələ RLS
SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi olub.
Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə
keçdikdən sonra Rusiya Azərbaycanın daxili siyasi həyatındakı
gözlənilməz hadisələrə baxmayaraq, stansiyadan istifadəni davam
etdirib.
RLS-in icarəsi haqqında onillik saziş 2002-ci ildə imzalanıb.
Əvvəllər RF Müdafiə Nazirliyi Qəbələ RLS-in icarə müddətinin
2025-ci ilə qədər uzadılması üzrə Azərbaycanla danışıqların
aparıldığı barədə məlumat verib. Qəbələ RLS-in icarə və istifadə
şərtləri haqqında sazişin müddəti 2012-ci il dekabrın 24-də başa
çatır.
"A.L.Mints adına Radiotexnika İnstitutu" ASC-nin baş direktoru
Vladimir Savçenko RİA Novosti agentliyinə müsahibəsində deyib ki,
Rusiya Qəbələdə "Voronej-VP" ən yeni radiolokasiya stansiyasının
(RLS) tikintisini 2019-cu ilədək tamamlamağı planlaşdırır. Bu
stansiya bundan əvvəlki nəsil "Daryal" RLS-i əvəz edəcək.
Publika.Az
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər