MAQATE-dən TƏCİLİ AÇIQLAMA - İsfahandakı nüvə obyektində 4 kritik bina...
Bizi izləyin

Dünya

MAQATE-dən TƏCİLİ AÇIQLAMA - İsfahandakı nüvə obyektində 4 kritik bina...

İranın İsfahan şəhərindəki nüvə obyektində 4 kritik bina iyunun 13-də baş vermiş hücum nəticəsində zədələnib.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) X sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayıb.

Təşkilatın məlumatına görə, uranın çevrilməsi zavodu və yanacaq lövhəsi istehsalı zavodu zədələnib.

“Natanzda olduğu kimi, ərazidən kənarda radiasiya səviyyəsinin artması gözlənilmir”, - deyə MAQATE bildirib.

Bundan əvvəl İranın Atom Enerjisi Təşkilatının (AEOI) sözçüsü Behruz Kamalvəndi İsfahan nüvə obyektinin anbarlarında yanğının baş verdiyini bildirib. O, həmçinin bildirib ki, Fordo nüvə obyektinə endirilən zərbələr yalnız məhdud ziyana səbəb olub.

İyunun 13-nə keçən gecə İsrail İslam Respublikasının nüvə və raket proqramlarına zərər vurmaq məqsədi daşıyan "Am Kelavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib . Bunun ardınca yəhudi dövlətinin ordusu İranın bir sıra şəhərlərinə, o cümlədən Tehran və Natanza zərbələr endirib. Hədəflər arasında hərbi bazalar, hava hücumundan müdafiə sistemləri olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm