Dünya
Ərdoğan Putin və Pezeşkianla danışdı, bu təklifi irəli sürdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, danışıq zamanı İsrail–İran arasında artan gərginlik, regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan bölgədəki qarşıdurmanın tezliklə dayandırılması və nüvə danışıqlarına qayıdılması üçün Türkiyənin vasitəçi rol oynamağa hazır olduğunu bildirib.
O qeyd edib ki, İsrail və İran arasındakı münaqişəli vəziyyətlə bağlı digər liderlərlə də təmaslar qurulur.
Ərdoğan həmçinin Türkiyənin regionda sülh və sabitliyin qorunmasına önəm verdiyini vurğulayıb. Bu, iki lider arasında baş tutan ikinci telefon danışığı olub.
Türkiyə prezidenti daha sonra Rusiya prezidenti Vladimir Putinlə də telefon danışığı aparıb. Danışıq zamanı İsrail və İran arasında münaqişə, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Putin də danışıq zamanı münaqişələrin tez bir zamanda dayandırılması və diplomatiyaya yer açılması məsələsində Ərdoğanla həmfikir olduğunu bildirib.
Roza

-
Rəsmi xronika20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ
-
Rəsmi xronika19:55
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
-
Rəsmi xronika19:45
Prezident süni intellektdən istifadə edir? - ÖZÜ DANIŞDI
-
Cənubi Qafqaz19:00
Paşinyan Pezeşkianı Ermənistana dəvət etdi, Azərbaycanla...
-
Nida Xəbər 18:12
“Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına Prezidentdən CAVAB
-
Hadisə16:30
Azərbaycanda ata 22 yaşlı qızını döyərək öldürdü
-
Dünya15:50
Rusiya şokda: Makron cəsarətlənib, görün nə etdi
-
Sosial15:15
Prezident III Şuşa Qlobal Media Forumunda çıxış edəcək