Dünya
İranın raket zərbələrini çəkənlər həbs ediləcək

İsraildə İranın hücumlarını dəstəkləyən və raketlərin düşdüyü əraziləri çəkərək yayımlayan şəxslər həbs olunacaq.
Publika.az xəbər verir ki, bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir açıqlama verib.
“Raket zərbələrinə sevinən və ya raketlərin düşdüyü yerləri çəkərək paylaşanlar dövlət təhlükəsizliyinə təhdid sayılacaq və həbs olunacaqlar”, - o deyib.
Ben Qvir, həmçinin xarici media qurumlarının da bu görüntüləri yayımlamaqla İsrailin milli təhlükəsizliyini təhlükəyə atdığını iddia edib:
“İranı dəstəkləmək terroru dəstəkləmək deməkdir və terroru dəstəkləyənlər cəzaçəkmə müəssisələrində olmalıdır”.
Nazir əlavə edib ki, məsələ ilə bağlı daxili təhlükəsizlik xidməti Şin Bet və polis qüvvələri ilə koordinasiyalı şəkildə əməliyyatlar həyata keçirilir.
Nazirlikdən verilən məlumata görə, bu cür paylaşımlar edən bir neçə nəfər artıq saxlanılıb, həmçinin oxşar davranış sərgiləyən şəxslərlə bağlı tədbir görülüb.
Roza

-
Qoroskop01:20
Günün ulduz falı: Romantik hisslər canlanır
-
Hadisə00:07
Gəncə-Moskva aviareysi təxirə salındı - RƏSMİ AÇIQLAMA/YENİLƏNDİ
-
İKT9 İyul 21:37
“X”də gözlənilməz istefa
-
İdman9 İyul 20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya9 İyul 19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 9 İyul 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika9 İyul 18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Foto/Yeniləndi
-
İKT9 İyul 17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı