Dünya
Türkiyə qırıcıları İsraili qoruyur? - Şok iddiaya Ankaradan reaksiya gəldi

Türkiyə Prezident Administrasiyasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM) sosial mediada yayılan “Türk qırıcıları İsraili qorumaq üçün hərəkətə keçib” iddialarının həqiqəti əks etdirmədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, DMM-nin rəsmi sosial media hesabında yayımlanan açıqlamada bildirilir ki, bu tip iddialar dezinformasiya xarakterlidir və ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır.
Açıqlamada vurğulanıb ki, Türkiyə hər zaman Orta Şərqdə sülh və sabitliyin tərəfdarıdır:
“Göz bəbəyimiz olan Türk Silahlı Qüvvələri barış və təhlükəsizliyin zəmanətçisidir. Müdafiə Nazirliyimiz hava məkanımızdakı hüquq və maraqları qorumaq üçün bütün bağlı qurumlarla birgə qətiyyətlə fəaliyyət göstərir. Türkiyə bölgədə sabitliyi pozan İsrailin bütün addımlarına qarşıdır və heç bir düşmən fəaliyyətinə dəstək verməsi mümkün deyil”.
Qurum vətəndaşları rəsmi mənbələrdən gəlməyən və əsası olmayan iddialara qarşı diqqətli olmağa çağırıb.
Roza

-
Magazin206:16
Məşhur aktyor aparıcı sevgilisi ilə nişanlandı - FOTO
-
Magazin103:13
Bu da "Göyçək Fatimə"nin sökdürüb yenidən tikdirdiyi dəbdəbəli BAĞ EVİ - VİDEO
-
Hadisə01:11
Ayın 8-i KABUSU - Ailənin 5-ci üzvü də öldü
-
Art00:30
Aşıq Əhlimanla bağlı ÜZÜCÜ XƏBƏR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Potensial kritik anlar var
-
Hadisə8 İyul 23:48
Faciəvi şəkildə həlak olan Nuranə ilə bağlı daha bir açıqlama - 10 il əvvəl... / VİDEO
-
ABŞ8 İyul 22:24
Rubio sülhdən DANIŞDI - “Gözləyirik ki, Bakı və İrəvan…”
-
Qoroskop8 İyul 21:12
Ayın 10-u bu bürcün həyatı dəyişəcək