Fikirlərini bölüş, pulunu qazan...
Bizi izləyin

Dünya

Fikirlərini bölüş, pulunu qazan...

Dünya Gənclər Bankı Şəbəkəsinin regional ofisi (DGBŞ) "Biz avrointeqrasiya prossesini necə görürük?" düvizi altında gənclər üçün məqalə müsabiqəsi elan edib.

DGBŞ regional ofisindən Publika.Az-a verilən məlumata görə, müsabiqədə məqsəd gənclərimizin Avropaya inteqrasiyanı necə dərk etmələri və gələcək gözləntilərini öyrənməkdir.

Eyni zamanda, Avropa standartlarının və dəyərlərinin düzgün başa düşülməsini təşviq etməkdir.

Aşağıdakı kateqoriyalardan birini seçib yazmaq olar:

1) "Avrointeqrasiya dedikdə nə anlayırıq?";

2) "Azərbaycanın Avropaya inteqrasiyası dünən, bu gun və sabah";

3) "Şərq tərəfdaşlığı çərçivəsində Azərbaycan gəncliyin iştirakçılığı";

4)"Avrointeqrasiya gənclərin gözü ilə"

Hər bir yazı məzmununa və yaradıcılığına görə qiymətləndiriləcək. Qiymətləndirmədə nəzərə alınacaq əsas kriteriyalar aşağıdakı kimidir:

1) navatorluq;

2) faktiki məlumatlardan istifadə;

3) yeni baxış

4) Yazının reallığa uyğun olaraq analitik təhlili;

5) Beynəlxalq təcrübədən faydalanmaq

Son mərhələdə mütəxəssislərdən ibarət heyət ən yaxşı yazıları seçəcək və bu qaliblər pul mükafatı və dəyərli hədiyyələrlə təltif olunacaq. Qiymətləndirmənin obyektivliyini təmin etmək üçün yazılar kodlaşdırılacaq və yalnız qiymətləndirmə bitdikdən sonra adlar açıqlanacaq.

Təkliflər 1 may 2012-ci il, saat 18:00-a qədər [email protected] ünvanına göndərilə bilər.

Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm