Dünya
Təhlükə getdikcə artır: 70 min sakin təxliyə edildi

Çinin cənubundakı Quandon əyalətində bir neçə gündür davam edən şiddətli yağışların yaratdığı fəsadlar 300 min sakinin həyatına mənfi təsir edib.
Publika.az xəbər verir ki, Caoçin şəhərinin tabeliyindəki Huayci rayonunda sel və daşqın təhlükəsi ilə əlaqədar təxminən 70 min sakin təxliyə edilib. Utip qasırğasının gətirdiyi aramsız yağışlar iyunun 14-dən bölgədə həyati iflic edib. Suycian çayındakı hidroloji stansiyada suyun səviyyəsi təhlükəli həddi 5,22 metr keçərək 55 metrə çatıb. Nəticədə 19 qəsəbədə əkin sahələri və yollar su altında qalıb. Təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılmasına və qabaqlayıcı tədbirlərə təxminən 10 min adam cəlb olunub.
Huayci rayonunda sel təhlükəsi ilə bağlı 1-ci dərəcədə xəbərdarlıq elan edilib. Tədris, iş, istehsal, nəqliyyatın hərəkəti dayandırılıb. Quandon ilə yanaşı Anhuy, Hubey, Hunan və Quycou əyalətlərində və Çonçin şəhərində də sel təhlükəsi ilə əlaqədar xəbərdarlıq elan edilib.

-
Avropa16:00
Təsadüfən seçilməyən tarix: Serbiyada “konteyner inqilabı”
-
Nida Xəbər 15:55
Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...
-
Elm və təhsil15:50
Dünyanın "ölüm tarixi" müəyyənləşdi: Daha tez gələcək
-
MDB15:40
Rusiyada işçi tapılmır, hökumət geri çəkildi: Miqrantlarla bağlı bu tələb yüngülləşdirilir
-
Region15:24
İntihara cəhd edən Rijvadze Türkiyəyə aparıldı
-
İqtisadi gündəm15:18
Pensiya alanların nəzərinə: iyulun 22-də...
-
İqtisadi gündəm15:00
Manatın sabitliyi: Hansı risklər var?
-
Art14:00
Telman Adığözəlovun oğlu: Atamın uşaqlıqda qolunda yara olub, həkim deyib ki...