Bu ölkənin prezidentindən ittiham: İsraili idarə edənlər...
Bizi izləyin

Dünya

Bu ölkənin prezidentindən ittiham: İsraili idarə edənlər...

Xorvatiya prezidenti Zoran Milanoviç İsrail hökumətinə qarşı kəskin bəyanatla çıxış edib.

Publika.az “Haber7”-ə istinadla xəbər verir ki, Milanoviçin sözlərinə görə, İsrail hazırda cinayətkar bir dəstə tərəfindən idarə olunur və bu dəstə dünyanı müharibəyə sürükləmək istəyir.

O, İsraillə İran arasında gərginliyə münasibət bildirərək, Təl-Əvivin siyasətini tənqid edib:

“Belə bir dövlət və onun rəhbərliyi ilə əməkdaşlıq edilməməlidir. Təəssüf ki, bu qrup Vaşinqtonun dəstəyinə arxalanır. Kimlərsə qlobal münaqişə yaratmaq niyyətindədir və bunu zorakılıqla, hiylə ilə və ABŞ silahları vasitəsilə edirlər”.

Xorvatiya prezidenti vurğulayıb ki, tarixi hadisələr üzərindən indiki İsrail siyasətinə bəraət qazandırmaq düzgün deyil:

“100 il əvvəl baş verən Holokostun məsuliyyəti mənə və bu günkü Xorvatiya siyasətçilərinə aid deyil. Heç bir tarixi günahkarlıq kompleksi ilə danışmağa ehtiyac yoxdur. Cinayətkarları layiq olduqları adlarla çağırmaq lazımdır. İsrailin indiki rəhbərliyində olan bəzi adamlar isə günahkardır”.

Milanoviç, həmçinin Xorvatiyanın Fələstin dövlətini tanımasının vacibliyini də qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm