Dünya
İsrailin qorxunc planı: Hədəfdə cənubi azərbaycanlılardır: Qətliam dəstələri hazırdır

İyun ayının 13-dən bəri İrana qarşı hücumlarını davam etdirən İsrailin planı üzə çıxıb. İddialara görə, İsrailin əsas məqsədi İranın nüvə potensialını sıradan çıxarmaq yox, ölkədə uzunmüddətli etnik qarşıdurma və vətəndaş müharibəsi yaratmaqdır.
Publika.az “Haber7”-yə istinadən xəbər verir ki, bu barədə keçmiş İran kəşfiyyat rəhbərlərindən olan Əli Rəzayi mühüm iddialarla çıxış edib.
Onun sözlərinə görə, İsrailin əsas hədəfi türklərə qarşı soyqırım həyata keçirmək, “PKK-PJAK” mərkəzli terror dəhlizi yaratmaq və İranı parçalamaqdır. Bu məqsədlə İsrail “KOMELE”, “KDP-İ” və “PJAK” silahlı dəstələr formalaşdırıb və Cənubi Azərbaycanın müxtəlif bölgələrinə yönləndirib:
“PKK-nın tərkibində olan terror qrupları İsraillə koordinasiya aparır. Bunlar 25-30 ildir müharibəyə hazırlaşan strukturlardır. Onlar indiki mühiti fürsət kimi görürlər. Bəzi bölgələrdə yaşayış məntəqələrinə enən silahlı terrorçular artıq təhlükəsizlik imkanlarına malik olduqlarını bəyan ediblər.
Suriyadakı bir növ QDİ missiyası İrandakı bu təşkilatlara verilib. Onların yeganə motivasiyası İran Kürdüstanının hazırkı xəritəsinə Güney və Qərbi Azərbaycanı əlavə etməkdir. İsrailin vətəndaş müharibəsi konsepsiyası kürd-türk münaqişəsinə əsaslanır. Hadisələrin hazırkı gedişatında və döyüş hazırlığı, silah-sursat baxımından kürdlərin mümkün hücumu ilk mərhələdə ən azı 20-30 min türkün qətlə yetirilməsi ilə nəticələnə bilər. Əgər tədbir görülməsə, bu rəqəm qorxunc ölçülərə çatacaq”.
Rəzayi hazırda davam edən münaqişələr fonunda arxa planda aparılan hesablamaları və qurulan ittifaqları ümumiləşdirib:
"PKK-nın nəzarətində olan terror təşkilatları İsraili açıq şəkildə əmin ediblər ki, onlar quru qüvvəsi olmağa hazırdırlar. Əslində, kəşfiyyat məlumatlarına görə, İranda arzu olunan nəticə əldə olunarsa, bu əməkdaşlıq başqa ölkələrə də keçəcək. İsrail mütləq addım-addım başqa ölkələri də əhatə edən müharibə strategiyasını həyata keçirir. Əsas məqsəd Türkiyə və Azərbaycan sərhədlərində terrorçu qruplaşmalar yerləşdirməklə türklər arasında birlik ehtimalını məhv etmək, eyni zamanda İslam dünyasını daha çox xaosa və çaşqınlığa sürükləməkdir. Bu məsələdə PKK və paralel strukturlarla qəti razılıq əldə olunub. İran dövləti də “PKK-PJAK”-ın türklərə hücumunda təşkilata gizli dəstək verir. Növbəti mərhələdə xaosu Türkiyəyə daşıyacaqlar”.
Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının sədri Mahmudəli Çöhrəqanlı da 13 iyunda İranın yeni və dönməz bir yola qədəm qoyduğunu bəyan edib:
"PKK və onun tərkib hissələri işğal-qırğın komitələri yaradıb. Onlar İsraillə koordinasiyadadırlar. İsrail Baş Qərargahına 150 minlik quru qüvvəsi vəd ediblər. Türklərə qarşı genişmiqyaslı qırğınlara qatılacaqlar. Bütün şəhər, qəsəbə, kənd və şəhərlərin ətraflı xəritələrini hazırlayıblar. Onlar rəsmən soyqırıma hazırlaşırlar. Onlar Güney Azərbaycanda Qəzza vəhşiliyini təkrarlayacaqlar. Xüsusi hədəf Təbrizdir. Dəhşətli mənzərələrlə qarşılaşa bilərik. “PKK-PJAK”-ın məqsədi 400 min kvadrat kilometr türk torpağını işğal edib Kürdüstan ərazisi etməkdir”.
Roza Şəfiyeva

-
Dünya19:48
Uzun çənəsi ilə dünyanı "fəth etdi" - FOTO
-
İdman19:00
Qvardiolanın komandasına yeni məşqçi qoşuldu - Görün kimdir
-
Hadisə18:48
Cəlilabadda güclü yanğın: FHN helikopterləri havaya qaldırdı
-
Magazin118:36
Emin Türkiyəni helikopterlə izlədi - VİDEO
-
Region17:55
Erməni konyakı Rusiya bazarlarından yığışdırılır: Tərkibində görün nə çıxıb
-
MDB16:42
Moskva su altında qaldı - FOTO/VİDEO
-
İdman15:50
"Siti"nin ulduzunun cazibədar həyat yoldaşı - FOTOLAR
-
Sosial15:37
Əhaliyə xəbərdarlıq: İyulun 16-19-da...