Dünya
Məşhur nəşrdən qalmaqal: İranı 6 yerə böldülər - FOTO

İsrail-İran arasında münaqişənin 8-ci günündə İngiltərənin “The Economist” jurnalının 21–27 iyun tarixli sayı böyük səs-küy doğurub.
Publika.az xəbər verir ki, jurnalın üz qabığında yanmış və 6 hissəyə bölünmüş İran bayrağı yer alıb və altında “Bu necə sona çatacaq?” sualı yazılıb.
Bu mesaj bölgədə yeni xəritə planının işarəsi kimi dəyərləndirilib. Jurnal 2025-ci ilin əvvəlində də İran raketlərini üz qabığına çıxarmış və bölgədə gərginliyin artacağına eyham vurmuşdu. İndi isə “İran daxildən çökdürüləcək” mesajı gündəmdədir.
Analitiklərə görə, İsrailin məqsədi yalnız hərbi qələbə deyil, İranda daxili qarşıdurmalar yaratmaq, hakimiyyət boşluğu formalaşdırmaq və nəticədə ölkəni parçalamaqdır. “The Economist”-in sözügedən üz qabığı ilə bu plana media dəstəyi verdiyi iddia olunur.
Ekspertlər bildirirlər ki, bu cür mesajlar yalnız İrana qarşı deyil, bütün Yaxın Şərq ölkələri üçün strateji təhdiddir. Güclü dövlət strukturları olmayan ölkələrin süni böhranlar və xarici müdaxilələrlə qarşı-qarşıya qalması mümkündür.
Roza


-
Rəsmi xronika20:20
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirildi - YENİLƏNDİ
-
Rəsmi xronika19:55
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
-
Rəsmi xronika19:45
Prezident süni intellektdən istifadə edir? - ÖZÜ DANIŞDI
-
Cənubi Qafqaz19:00
Paşinyan Pezeşkianı Ermənistana dəvət etdi, Azərbaycanla...
-
Nida Xəbər 18:12
“Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına Prezidentdən CAVAB
-
Hadisə16:30
Azərbaycanda ata 22 yaşlı qızını döyərək öldürdü
-
Dünya15:50
Rusiya şokda: Makron cəsarətlənib, görün nə etdi
-
Sosial15:15
Prezident III Şuşa Qlobal Media Forumunda çıxış edəcək