Zelenskidən əsirlərin növbəti böyük mübadiləsi ilə bağlı açıqlama
Bizi izləyin

Dünya

Zelenskidən əsirlərin növbəti böyük mübadiləsi ilə bağlı açıqlama

Ukrayna və Rusiya arasında hərbi əsirlərin növbəti böyük mübadiləsi baş tutub.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.

İyunun 20-də yaralı və səhhəti ağır olan hərbçilər evlərinə qaytarılıb.

“Bu gün azad edilən hərbçilərin əksəriyyəti iki ildən artıq Rusiya əsirliyində olublar. Nəhayət, onlar evlərinə dönürlər”, – deyə dövlət başçısı bildirib.

Azad olunanlar arasında Mariupol, Donetsk, Luqansk, Zaporojye, Xerson, Xarkov və Çerniqov vilayətlərinin müdafiəsində iştirak etmiş hərbçilər var. Onların sırasında Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Terrora Qarşı Müdafiə Qüvvələri, Desant-Hücum Qüvvələri, pilotsuz sistemlər üzrə bölmələr, həmçinin Sərhəd Xidməti və Milli Qvardiyanın nümayəndələri yer alır.

Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı qeyd edir ki, azad edilən şəxslərin hamısı ağır yaralanıb və ciddi sağlamlıq problemləri ilə üzləşiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm