
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyada ABŞ prezidenti Barak Obama ilə keçirdiyi görüşdə maraqlı hadisə yaşanıb. Publika.Az türk internet mediasına istinadən xəbər verir ki, Ərdoğanın Obama ilə kameralar qarşısında jurnalistlərə verdikləri açıqlamanın sonunda Obamanın Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunu barmağı ilə yanına çağırması Türkiyə ictimaiyyətində birmənalı qarşılanmayıb.
Müxalifətçi Cümhuriyyət Xalq Partiyasının üzvləri Obamanın bu
hərəkətini Davudoğluna və onun timsalında türk xalqına, eləcə də
Türkiyə dövlətinə qarşı təhqir kimi dəyərləndiriblər. AKP-lilər isə
əksinə, Obamanın bu hərəkətinin onunla Davudoğlu arasındakı
səmimiyyətin göstəricisi olduğunu bildiriblər.
Publika.Az