Ərdoğan Obamaya Qarabağdan danışıb
Bizi izləyin

Dünya

Ərdoğan Obamaya Qarabağdan danışıb

Martın 25-də Cənubi Koreyanın paytaxtı Seulda Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında keçirilən görüşdə bir sıra ciddi məsələlərə toxunulub.


Publika.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, görüş zamanı hər iki ölkə başçısı bir sıra beynəlxalq məsələlərlə yanaşı Dağlıq Qarabağ problemi haqda da danışıblar. Türkiyə baş naziri Obamaya bu problemin 20 ildən artıqdır həll olunmadığını söyləyib.

Görüşdən sonra jurnalistlər üçün keçirilən brifinqdə açıqlama verən Ərdoğan deyib: "Ermənistanla Azərbaycan arasındakı problemdə Minsk üçlüyünün 20 ildir bu məsələni həll edə bilmədiyini xatırlatdım. Bir təklif də verdim. Hərçənd ki, bu məsələ dalana dirənib, lazım olsa mən azərilərlə danışım, Fransa, Rusiya və siz də ermənilərlə danışıb, onları yola gətirin ki, bu məsələni həll edək dedim".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm