ABŞ Senatında “erməni soyqırımı“
Bizi izləyin

Dünya

ABŞ Senatında “erməni soyqırımı“

Erməni lobbisinin güclü dəstəkçilərindən Demokrat Partiyası New Jersey Senatoru Robert Menendez və Respublikaçılar Partiyası Illinois Senatoru Mark Kirk tərəfindən təqdim olunan 399 saylı qanun layihəsində, ABŞ Hökumətinə 1915 hadisələrini "soyqırım" kimi qiymətləndirmə barədə müraciət olunur.


Senat Xarici Əlaqələr Komitəsinə təqdim edilmək üçün hazırlanan qanun layihəsinin, Komitədə qəbul olunacağı təqdirdə, Senatın Baş Məclisində də müzakirəyə çıxarılacağı gözlənilir. Ancaq qanun layihəsi qəbul ediləcəyi təqdirdə belə, həlledici bir gücə malik olmayacaq.

İMZAÇILAR
ABŞ-dakı Erməni saytlarına görə, qanun layihəsinə imza atanlar arasında, 2000-ci ildəki prezident seçkilərində Demokrat Partiyasının Vitse-prezidentliyə namizədi Cozep Liebermanla birlikdə, senatorlar Barbara Bokser, Maykl Bennet, Diana Feinştein, Karl Levin, Cek Riid ve Şeldon Vhithouz da yer alır.

Qanun layihəsini hazırlayan senatorlardan Robert Menendes,məsələ ilə bağlı verdiyi açıqlamasında, 1915 hadisələrinə dair erməni iddilarının "tarixi bir gerçək" olduğunu vurğulayıb.

Qeyd edək ki, bənzər bir qanun layihə ABŞ Nümayəndələr Palatasına keçən ilin sentyabr ayında da təqdim olunmuşdu.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm