Dünya
Zelenski Trampla söhbətin təfərrüatlarını AÇIQLADI

Ukrayna lideri Volodimir Zelenski iyulun 4-də ABŞ Prezidenti Donald Trampla söhbətinin təfərrüatlarını açıqlayıb.
Publika.az xəbər verir ki, onun sözlərindən "Politika Strany" "Telegram" kanalı sitat gətirib.
“Bu, yəqin ki, bütün bu dövrlərin ən yaxşı, ən məhsuldar söhbəti idi”, - dövlət başçısı bildirib.
Ukrayna Prezidenti bildirib ki, o, amerikalı həmkarı ilə hava hücumundan müdafiə sistemləri məsələsini müzakirə edib və Amerikanın “Patriot” zenit-raket kompleksini “balistikaya qarşı müdafiənin açarı” adlandırıb.
"Financial Times" qəzeti daha əvvəl yazmışdı ki, Tramp Zelenski ilə söhbəti zamanı Kiyevə mümkün silah satışı ilə maraqlanıb. Nəşrin məlumatına görə, dialoqda birgə müdafiə layihələri, o cümlədən PUA-ların və müvafiq hərbi texnologiyaların istehsalı məsələsi qaldırılıb.
Söhbəti şərh edən Amerika lideri deyib ki, Ukrayna ətrafında vəziyyət “çox mürəkkəbdir”. Eyni zamanda o, ABŞ-ın Kiyevə yeni "Patriot" sistemləri göndərə biləcəyini də istisna etməyib.
Hüseyn İbadlı

-
MDB22:24
Putin onu vəzifələrindən azad etdi
-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?