Polis və prokuror 174 kq narkotiklə yaxalandı
Bizi izləyin

Dünya

Polis və prokuror 174 kq narkotiklə yaxalandı

Vəzifəsindən sui-istifadə edən, külli miqdarda rüşvət alan və bu səbəbdən tutduğu postdan kənarlaşdırılan, 5 il həbs cəzası verilən prokuror narkotiklə yaxalanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Ədirnədə qeydə alınıb.

Belə ki, Ədirnə Jandarma Komandanlığına Uzunkörpü cumhuriyyət prokuroru Can Karakılıç, bir müddət əvvəl narkotik ittihamı ilə vəzifəsindən kənarlaşdırılan Van Polis İdarəsinin sabiq əməkdaşı Sami K. və İhsan Y.-nin Vandan aldıqları narkotik maddələri İstanbul, Qaziantep və Ədirnəyə aparacaqlarına dair məlumat daxil olub. Şübhəliləri müşahidə altına alan jandarma onları Vana qədər addım-addım izləyib. Ədirnə Jandarma Komandanlığı əməkdaşları Sami K.-nin idarə etdiyi 41 RU 434 dövlət nömrə nişanlı avtomobili Erçiş yolunda saxlayıblar.

Van cumhuriyyət prokuroru tərəfindən verilən sanksiya əsasında avtomobildə yoxlama aparılıb. Bu zaman satışa hazır olan və 6 müxtəlif torbalara doldurulmuş 161 kiloqram 243 qram toz halında marixuana, 13 kiloqram 225 qram isə heroin ələ keçirilib.

Bildirilir ki, külli miqdarda narkotik maddə ilə yaxalanan şübhəli şəxslər polis və jandarma əməkdaşlarının postlarından keçərkən prokuror Can Karakılıç xidməti vəsiqəsini çıxarıb «Prokuroram, bizi buraxın!» deyib. Beləliklə, prokurorun da içərisində olduğu avtomobili heç kim yoxlamayıb.

Ən maraqlı məqam ondadır ki, Can Karakılıç yaxalandıqda polis və jandarma əməkdaşlarına hədə-qorxu gəlib, bu dəfə də prokuror olduğunu bildirərək məsuliyyətdən yaxa qurtarmağa çalışıb. Lakin o, «Sizin kim olduğunuzu bilirik. Baş prokurorun məsələdən xəbəri var», deyə cavab aldıqda şoka düşüb.

Ədirnə Jandarma Komandanlığı əməkdaşları tərəfindən saxlanılan şəxslər təyyarə ilə Vandan İstanbula, oradan isə Keşan vilayətinə aparılıb. Onlar həkim müayinəsindən keçdikdən sonra məhkəmə qarşısına çıxarılıblar.

Bu dəfə isə o, külli miqdarda – 174 kiloqram narkotik maddə ilə yaxalanıb. Beləliklə, Ədirnə 1-ci Ağır Cəza Məhkəməsinini qərarı ilə prokuror Can Karakılıç 5 il heç bir vəzifədə təmsil olunmamaq şərtilə 5 il həbs cəzası alıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm