Dünya
“Hərbi müdaxilə zamanı gəldi“
Misirin paytaxtı Qahirədə davam edən "Ərəb Birliyi" Xarici İşlər Nazirləri toplantısında çıxış edən Katar Baş Naziri və Xarici İşlər Naziri Hamad bin Casim, Suriyaya "Ərəb Birliyi" ölkələri ordularından toplanmış hərbi kontingent göndərmə məsələsini müzakirə etmə zamanının gəldiyini bəyan edib.
Suriyada axan qanın bütün səylərə rəğmən durmadığını deyən Casim,
Katarın daha əvvəl də ortaya atdığı "Suriyaya Ərəb Sülhməramlıları"
göndərmə çağırışını yenidən gündəmə gətirdi. Suriya rəhbərliyinin
bugünə qədər üzərinə götürdüyü heç bir öhdəlıyı yerinə
yetirmədiyini, dinc əhaliyə divan tutulmaqda davam edildiyini,
humanitar yardımların əhaliyə çatdırılmadığını söyləyən Katar
rəsmisi, Suriyaya "Ərəb Müdaxiləsinin" vacibliyini toplantı
iştirakçılarının diqqətinə çatdırmışdır.
Səudiyyə Ərəbistanı Xarici işlər Naziri Səud əl-Faysal BMT
Təhlükəsizlik Şurasında, Əsəd rejiminə qarşı təzyiqlərin
gücləndirilməsinə veto qoyan ölkələri tənqid edərək, "Qərara veto
qoyan ölkələr Suriya rejiminin qanını axıtdığı dinc xalqın taleyinə
biganə qalmışlar" deyə toplantıda iştirak edən Rusiya XİN başçısı
Sergey Lavrova eyhamla vurğulayıb.
Publika.az
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı