Məmur və millət vəkillərindən ibarət nümayəndə heyəti Brüsselə yola düşdü
Bizi izləyin

Dünya

Məmur və millət vəkillərindən ibarət nümayəndə heyəti Brüsselə yola düşdü

Publika.Az-ın verdiyi məlumata görə, heyətə baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, eləcə də millət vəkilləri Elxan Süleymanov, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fazil Mustafa, Qənirə Paşayeva, Azər Kərimli, Fərəc Quliyev və Ceyhun Osmanlı, hüquq elmləri üzrə fəlsəfə doktoru Fuad Süleymanov və tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı daxildir.


Səfər proqramı martın 6-da azərbaycanlı qonaqların Brüssel şəhərinin meri ilə görüşü ilə başlanacaq.

Elə həmin gün Belçika Federal Parlamentinin Nümayəndələr Palatasında «İşğal edilmiş ərazilər, unudulmuş ərazilər (Dağlıq Qarabağ münaqişəsi – hüquqi və humanitar aspektlər )» mövzusunda dinləmələr olacaq.

Martın 7-də Azərbaycan nümayəndə heyətinin Belçika Senatının sədri xanım Sabine de Bethune ilə görüşü baş tutacaq.

Görüşdən sonra Belçika – Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşü keçiriləcək. Həmin gün nümayəndə heyətinin Belcikanın Brüssel əyaləti parlamentinin spikeri ilə görüşündən sonra Parlament binasında «Avropa Birliyi ölkələrinin Dağlıq Qarabağ konfliktinin həllindəki rolu» mövzusunda «Sərhədsiz Hüquqşünaslar» təşkilatının təsisçisi Pierre Legros və « Avropada strateji araşdırmalar və təhlükəsizlik mərkəzi» nin direktoru Claude Moniquet ilə debatların aparılması nəzərdə tutulur.

Martın 7-də axşam Azərbaycan nümayəndə heyəti Azərbaycan Respublikasının Belçikadakı Səfirliyində Xocalı şəhidlərini anma mərasimində və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş fotosərgidə iştirak edəcək.

Martın 8-də nümayəndə heyətimiz Azərbaycana qayıdacaq.

Rüfət Əhmədzadə

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm