Dünya
V.Putin - "Biz Rusiyanın gələcəyi naminə qələbə qazandıq"
Bazar günü Rusiyada keçirilən prezident seçkilərində ilkin nəticələrə görə baş nazir Vladimir Putin liderlik edir.
Mitinqdə çıxış edən Rusiyanın hazırki prezidenti Dmitri Medvedev
Putinin qələbə çalacağına əminliyini ifadə edib. Putin isə öz
çıxışında bildirib ki, o, açıq və şəffaf seçkilərdə qələbə qazanıb.
Çıxış edərkən Putin göz yaşlarını saxlaya bilmədi.
"Biz Rusiyanın gələcəyi naminə qələbə qazandıq", - Putin deyib.
Rusiya MSK-sının məlumatına əsasən, seçki protokollarının 70%
faizinin hesablanması nəticəsində Vladimir Putin 64,9% səs
qazanıb.
Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanova
17,01%, müstəqil namizəd Mixail Proxorova 6,85%, Rusiya Liberal
Demokrat Partiyasının sədri Vladimir Jirinovskiyə 6,45%, Ədalətli
Rusiya Partiyasından olan namizəd Sergey Mironova 3,71% səs
verib.
Rusiya MSK-sının sədri Vladimir Çurov bildirib ki, protokolların
üçdə birinin hesablanmasından sonra seçicilərin gəlişi 64% təşkil
edir.
Publika.az
-
Hadisə16:55
Bakıda bazar yanır
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı