Dünya
Nazir oğlunun gizli telefon danışığı yayıldı: "Ata, bir trilyon pulum var" - Stenoqram
CHP lideri Kamal Kılıçdaroğlu dünən partiyasının toplantısında rüşvət əməliyyatı çərçivəsində həbs olunan Barış Gülər və atası sabiq Daxili işlər naziri Muammər Gülərin 17 dekabr əməliyyatından bir gün sonra edilən telefon danışığını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Kılıçdaroğlunun açıqladığı telefon danışığında ata və oğul arasında bu dialoq baş tutub:
Barış Gülər: 18:30-da gəldilər. Cəlal Qara adlı bir prokuror axtarış qərarı çıxarıb.
Müəmmər Gülər: Nə var oğlum sənin evində?
Barış Gülər: Heç bir şey yoxdur, ata.
Müəmmər Gülər: Pul, nə var?
Barış Gülər: Öz pulum. Üç-beş qəpik var.
Müəmmər Gülər : Nə qədər pul?
Barış Gülər: Sən bilirsən.
Müəmmər Gülər: Nə qədər, oğlum?
Barış Gülər: 1 trilyona yaxın pulum var, bu qədər.
Müəmmər Gülər: Yaxşı, oğlum. Pulu götürdülər?
Barış Gülər: Yox, hələ axtarış aparırlar.
Müəmmər Gülər: İndi bildiyim qədəriylə Rza Zərrab ilə rüşvət əlaqənin olduğundan bəhs edirlər. Deyərsən ki, məsləhət almışam. Qeyri-rəsmi bir məsləhət. Mənim kreditor olduğum dayımın oğlu bunların yanında işləyir. Onun mənə borcu var, bununla bağlı sənədlər də var.
Qeyd: Sabiq nazir daha əvvəl o pulların oğlunun satdığı villanın pulları olduğunu demişdi.
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar