Dünya
Əlcəzairdə qəzaya uğrayan təyyarənin "qara qutu"su tapılıb
Axtarış xidmətləri Əlcəzairin Hərbi Hava Qüvvələrinin
çərşənbə axşamı qəzaya uğramış hərbi-nəqliyyat təyyarəsinin "qara
qutusu"nu tapıblar. Bu barədə Əlcəzairin APS informasiya agentliyi
məlumat verir.
"Təyyarəçilərin son danışıqları yazılmış qutu normal
vəziyyətdədir", - qəzanın araşdırılması üzrə komissiyanın
nümayəndəsi agentliyə bildirib.
Komissiyanın məlumatına görə, artıq qəza səbəblərinin ilk fərziyəsi
və baş vermiş hadisənin ssenarisi müəyyənləşir. Xüsusən, bildirilir
ki, təyyarə pis görüntü və güclü şiddətli külək şəraitində dağ
zirvəsinə toxuna bilərdi, bununla da maşın "burnu üstə" yerə
yıxılıb.
S-130 "Herkules" hərbi-nəqliyyat təyyarəsi çərşənbə axşamı Umm
El-Buaji əyalətinin Fertas dağ massivində qəzaya uğrayıb. Təyyarə
ölkənin cənubundakı Tamanrassetadan şimal-şərqdəki Konstantin
şəhərinə həftəlik reysləri yerinə yetirib. "Herkules" Əlcəzair
hərbçilərini və onların ailələri daşıyıb. /Trend/
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı