Dünya
Ali Rada Ukraynanın NATO-ya yolunu açdı
Ukrayna bloklara qoşulmayan ölkə statusundan imtina edib.
Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, müvafiq qanun layihəsi bu gün Ali Radada qəbul edilib.
Qanun layihəsini Ali Radanın 303 deputatı dəstəkləyib. Yalnız səkkiz deputat qanun layihəsinə qarşı çıxıb.
Qeyd edək ki, Ukrayna 2010-cu ildən bəri bloklardan kənar ölkə statusunu daşıyır. Prezident Pyotr Poroşenko bu statusun ləğv edilməsi ilə bağlı qanun layihəsini bu il dekabrın 18-də Ali Radaya təqdim edib. 2010-cu ildə Viktor Yanukoviç dövründə qəbul olunan qanun istənilən hərbi-siyasi ittifaqlarda, o cümlədən NATO-da Ukraynanın iştirakını qadağan edirdi.
Ukraynanın yeni Ali Radasının noyabrın 27-də keçirilən ilk iclasında prezident Pyotr Poroşenko bildirib ki, 2010-cu ildə elan edilmiş Ukraynanın bloklara qoşulmamaq siyasəti ölkənin ərazi bütövlüyünə zəmanət verməyi bacarmadı. O qeyd edib ki, bu siyasətdən imtina etmək lazımdır. Poroşenko həmçinin qeyd edib ki, Ukraynanın NATO-da olub-olmayacağı məsələsini siyasətçilər deyil, Ukrayna xalqı həll edəcək.
Ömər Dağlı
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO