Dünya
Ərdoğanın telefonunun dinlənilməsi ilə bağlı cinayət işi açılıb
Türkiyədə baş nazir Rəcəb Təyyib Ərdoğanın telefon danışıqlarının dinlənilməsi ilə bağlı cinayət işi açılıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin "Sabah" qəzeti yazır.
Cinayət işi çərçivəsində artıq dörd nəfər dindirilib.Bir müddət əvvəl xəbər veilmişdi ki, Türkiyədə korrupsiya qalmaqalı üzrə işin istintaqı zamanı ölkənin baş naziri Ərdoğanın telefon danışıqlarının dinlənildiyi müəyyən edilib.
Türkiyə kəşfiyyatı ölkənin Ərdoğanın telefon danışıqlarının dinlənildiyi xüsusi cihazın yerləşdiyi yeri müəyyənləşdirib. Bir il əvvəl İstanbul polisinə ciddi korrupsiya pozuntuları haqqında məlumat daxil olub və il ərzində ölkənin bir sıra rəsmi şəxslərinin, eləcə də Baş nazirin telefon danışıqları dinlənilib.
Baş nazirin telefonunun qanunsuz olaraq dinlənilməsi ilə əlaqədar Türkiyənin Telekommunikasiya Rabitəsinin (TİB) rəhbəri Cəmaləddin Çelik vəzifəsindən azad edilib.Çelik 2012-ci ilədək Türkiyə Milli Kəşfiyyatında (MIT) çalışıb.
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı