ABŞ Rusiyanın Ukraynaya təcavüzünə icazə verdi - İDDİA
Bizi izləyin

Dünya

ABŞ Rusiyanın Ukraynaya təcavüzünə icazə verdi - İDDİA

ABŞ Rusiyanın Ukraynaya təcavüzünə icazə verdi.

Publika.az-ın verdiyi xəbərə görə, belə bir iddia ilə Estoniya prezidenti Tomas İlves “The American Interest” nəşrinə müsahibəsində çıxış edib.

Dövlət başçısı hesab edir ki, Rusiyanın Krımı işğal etməsi və Donbas hövzəsinə təcavüzünə Qərbin reaksiyası qeyri-adekvatdır.

“Moskva özünün təcavüzkar niyyətlərini dəfələrlə bəyan edib. 2009-cu ildə Rusiya Federasiyasının baş naziri Vladimir Putin və Rusiya prezidenti Dmitri Medvedev açıq şəkildə bildirdilər ki, NATO-ya daxil olmasına imkan verməmək üçün öz qoşunlarını Gürcüstana daxil etdilər. Amma Avropa Birliyi və ABŞ bunlara heç bir reaksiya vermədi, nəticədə Rusiyanın özünü təcavüzkar kimi aparmağa icazə verdi”, - deyə Estoniya prezidenti deyib.

Estoniya prezidenti daha əvvəllər əminliyi ifadə etmişdi ki, Baltikyanı ölkələrini “Donetsk ssenarisi gözləmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm