Gülən qaldığı evin kirayə haqqını açıqladı
Bizi izləyin

Dünya

Gülən qaldığı evin kirayə haqqını açıqladı

ABŞ-ın Pensilvaniya ştatında yaşayan türkiyəli dini lider Fəthullah Gülən son açıqlamasında varidatı ilə bağlı müzakirələrə aydınlıq gətirib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “14 dekabr əməliyyatı”ndan sonra barəsində həbs qərarı qəbul olunan Gülən yalnız kitabların satışından gələn pulla dolandığını deyib.

“Əsgərlikdən əvvəl imamlıq etdim. Ondan sonra da dövlətdən maaş aldım. Kasıb olmasaydım, onu da götürməzdim. Amma kasıb idim. Gün ərzində bir, ya da iki pay yeməklə və dövlətin verdiyi 170 lirə ilə dolandım”, - o bildirib.

O, kirayədə qaldığını və aylıq 5500 lirə ödədiyini vurğulayıb. Zəngin bir ailədə böyümədiyini söyləyən Gülən qardaşlarının evində yediyi çörəyin hesabını belə verdiyini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm