İŞİD-in Mosul “vali”sinə sui-qəsd edilib
Bizi izləyin

Dünya

İŞİD-in Mosul “vali”sinə sui-qəsd edilib

İŞİD terror qruplaşmasının Mosula “vali” olaraq təyin etdiyi “Əbu Talut” kod adlı Həsən Suud Halil zəhərlənərək öldürülüb.

Publika.az-ın xəbər verir ki, bu barədə kürdlərin “Rudaw” xəbər saytı bildirib.

Adının çəkilməsini istəməyən bir mənbə İŞİD “vali”sinin şəhərdə “Ketibe-i Musul” adlanan silahlı qrup tərəfindən zəhərləndiyini deyib. Onun zəhərləndikdən 5 saat sonra öldüyü deyilir.

Mənbə “vali”nin daha əvvəl hava hücumunda ağır yaralandığını qeyd edib.

Mosul Universitetinin mühəndislik fakültəsinin məzunu olan Həsən Suud Halil İŞİD-ə qoşulduqdan sonra barəsində həbs qərarı verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm