Putin Nazarbayevin köməyi ilə ABŞ-ı “ofsayd”a saldı
Bizi izləyin

Dünya

Putin Nazarbayevin köməyi ilə ABŞ-ı “ofsayd”a saldı

Almaniya kansleri, Ukrayna, Fransa və Rusiya prezidentləri 2015-ci il yanvarın 15-də “Normandiya formatı”nda Astanada görüşəcəklər.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə keçirdiyi illik mətbuat konfransında bildirib.

Ukrayna dövlətinin başçısı həmçinin əlavə edib ki, bu görüş Minsk formatına zidd olmayacaq.

“Biz Minsk razılıqlarına sadiq qalırıq”, - Pyotr Poroşenko dilə gətirib.

Ukrayna böhranı üzrə danışıqların “Normandiya formatı”nda davam etdirilməsi isə ABŞ-ın prosesdən kənarda saxlanılmasıdır. Ötən ay Kiyev baş naziri Arseniy Yasenyuk bildirmişdi ki, Rusiya Ukrayna, Avropa Birliyi, ABŞ təmsil olunduğu Cenevrə formatından imtina edərək Ukraynaya ikinci Abxaziyanı təklif edir.

"Ukrayna dövlətinin və hökumət başçısının ümumi mövqeyi bundan ibarətdir ki, danışıqların keçirilməsi üçün ən yaxşı və effektiv formatı Cenevrə formatıdır. Rusiya var gücü ilə bu formatdan imtina etməyə çalışır və bizə Ukrayna ərazisində ikinci Abxaziyanı təklif edir. Biz Rusiya muzdluları və terrorçularla birbaşa danışıqlar aparmayacağıq”, - deyə Ukrayna baş naziri söyləmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm