Ebola virusu Şotlandiyada
Bizi izləyin

Dünya

Ebola virusu Şotlandiyada

Şotlandiyada Ebola virusuna yoluxmuş ilk xəstə müəyyənləşib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Syerra-Leonedən ezamiyyətdən qayıtmış tibbi işçisinə Ebola xəstəliyi diaqnozu qoyulub.

O, Şotlandiyaya bazar günü Kasablanka-London aviareysi ilə qayıdıb. Bir gün sonra isə onda Ebola virusu tapılıb. Tibb işçisi hazırda Qlazqo şəhərinin xəstəxanasında müalicə alır.

Qeyd edək ki, Ebola xəstəliyinə 2013-cü ilin dekabrından 20 mindın çox insan yoluxub. Onlardan 7,5 mindən çoxu həlak olub. Xəstəlikdən ən çox Liberiya, Qvineya və Syerra-Leone zərər çəkib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm