Avropa İttifaqı Ukraynaya yardım üçün şərtini açıqladı
Bizi izləyin

Dünya

Avropa İttifaqı Ukraynaya yardım üçün şərtini açıqladı

Deyərdim ki, bizim şərtlərimiz islahatlar, islahatlar və yenə də islahatlardır. Bizim müzakirələrimiz növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı deyil.

“Avropa İttifaqı Ukraynada növbədənkənar seçkilərin keçirilməsini tələb etmir”.Publika.Az -ın “İnterfaks-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

Aİ-nin Ukraynaya edəcəyi maliyyə yardımının şərtlərinə gəlincə, S.Füle bunları söyləyib: “Deyərdim ki, bizim şərtlərimiz islahatlar, islahatlar və yenə də islahatlardır. Bizim müzakirələrimiz növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı deyil. Biz növbəti parlament və prezident seçkilərinin keçirilməsi üçün lazımı şəraitin təmin edilməsi məsələsini müzakirə edirik. Növbədənkənar seçkilərin keçirilməsi və müvafiq qrafikin müəyyənləşdirilməsi məsələsini Ukrayna xalqı həll etməlidir".

Aİ rəsmisi həmçinin qeyd edib ki, qurumla Ukrayna arasında assosiasiya haqqında razılaşma islahatların keçirilməsi və yardımın genişləndirilməsi üçün əlavə platforma rolunu oynaya bilər. Avrokomissar Ukraynaya yardım göstərilməsi üçün beynəlxalq təşkilatlarla işlədiklərini bildirib. O, konkret olaraq Beynəlxalq Valyuta Fondunun adını şəkib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm