İŞİD-dən analar üçün terror kitabı: uşaqları belə yetişdirin
Bizi izləyin

Dünya

İŞİD-dən analar üçün terror kitabı: uşaqları belə yetişdirin

İŞİD terror təşkilatı analara uşaqların mücahidlik üçün necə yetişdiriləcəyini izah edən bir məlumat kitabçası paylaşıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Qız qardaşların cihaddaki rolu” adlanan kitabçada gənc analara uşaqların “cihadçı bir ruhda” yetişdirilməsinin yolları izah edilir.

“Cihadçı uşaqlar körpəlikdən yetişdirilməlidir. Başlamaq üçün yeddi yaşını gözləməyin, çox gec ola bilər", - məlumat kitabçasında deyilir.

Analara uşaqlarına yatmazdan əvvəl cihadla əlaqədar hekayələrin danışılması, uşaqlarına televiziyaya baxmasını qadağan edilməsi tövsiyə edilir. İnternetdən istifadəyə isə “cihadçı ruh”un artırması şərti ilə icazə verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm