İŞİD koalisiya qoşunlarını geri çəkilməyə məcbur etdi
Bizi izləyin

Dünya

İŞİD koalisiya qoşunlarını geri çəkilməyə məcbur etdi

ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya qüvvələri Suriyanın Rakka şəhərində girovların azad edilmələri üçün əməliyyat keçirməyə cəhd göstərib.

Axar.az xarici media qurumlarına istinadla xəbər verir ki, koalisiya qüvvələri ilk dəfə olaraq Rakka şəhəri üzərində intensiv uçuşlar həyata keçiriblər.


İŞİD mövqelərinə bir gün ərzində 13 hava hücumu zərbəsi endirilib. Beynəlxalq koalisiya qüvvələrinə bağlı qoşunlarla İŞİD arasında qarşıdurma yaranıb.

Terrorçuların koalisiyaya bağlı qoşunları geri çəkilməyə məcbur etdiyi iddia edilib.

Keçirilən əməliyyatın məqsədinin İŞİD-in əlində olan girovların azad edilməsi olduğu açıqlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm