Dünya
ABŞ Karib dənizindəki gəmini şəxsi heyəti ilə birlikdə MƏHV ETDİ
ABŞ Karib dənizində narkotik ticarəti üçün istifadə olunan bir gəmini vurub.
Publika.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Müdafiə Nazirliyi narkotik ticarəti ilə məşğul olan və tanınmış terror təşkilatına məxsus olan daha bir gəmini ölümcül kinetik zərbə ilə məhv edib”, — deyə nazir yazıb.
O, zərbənin ABŞ prezidenti Donald Trampın göstərişi ilə endirildiyini dəqiqləşdirib. Heqsetin sözlərinə görə, zərbə zamanı gəmidə üç kişi olub və onların hamısı həlak olub.
Bundan əvvəl Tramp narkotiklə dolu “böyük bir sualtı qayığın” məhv edildiyini bildirmişdi. Həmin qayığın göyərtəsində dörd narkotik alverçisi olub. Bundan sonra Kolumbiya prezidenti Qustavo Petro ABŞ-dan ölkənin ərazi sularında məhv edilən gəmi ilə bağlı izahat tələb edib.
Hüseyn İbadlı
-
Magazin213:46DiKaprionun sevgilisi elə foto paylaşdı ki...
-
MDB12:16Rusiyada qalmaqal-Məşhur sovet kinostudiyasında intim məclis qurdular - VİDEO
-
Magazin211:5762 yaşlı Hollivud ulduzu açıq-saçıq geyimi ilə gündəm oldu - FOTO
-
Səhiyyə11:25Hamının istifadə etdiyi məşhur arıqlama dərmanı görün hansı ciddi xəstəlik yaradırmış
-
Magazin211:1362 yaşlı müğənninin 19 yaşlı sevgilisi hamilədir? - VİDEO
-
İdman09:42Messidən fantastik qol - VİDEO
-
Magazin209:00Nazir Sinan Akçılla duet oxudu - VİDEO
-
Dünya08:12Meksikada güclü partlayış 23 nəfərin həyatına son qoydu






































.jpg)