Ölülər Günündə bu şəhərin merini GÜLLƏLƏYİB ÖLDÜRDÜLƏR
Bizi izləyin

Dünya

Ölülər Günündə bu şəhərin merini GÜLLƏLƏYİB ÖLDÜRDÜLƏR

Meksikanın Uruapan şəhərinin meri Karlos Manso Ölülər Günü qeyd edilərkən güllələnərək öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə "Milenio" qəzeti yazır.

“Uruapan şəhərinin meri Karlos Manso Ölülər Gününə həsr olunmuş tədbir zamanı silahlı hücum nəticəsində öldürülüb”, - deyə məlumatda bildirilir.

Nəşrin məlumatına görə, siyasətçi altı güllə yarası alıb və xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər. Bundan əlavə, daha bir nəfər yaralanıb. Hücumla bağlı əməliyyat nəticəsində hüquq-mühafizə orqanları iki nəfəri saxlayıb, daha bir hücum edən şəxs isə öldürülüb.

Hadisənin digər təfərrüatları məlum deyil. Atışmanın səbəbləri araşdırılır.

Güseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm