Senator idman qurğusundan yıxılıb xəstəxanalıq oldu
Bizi izləyin

Dünya

Senator idman qurğusundan yıxılıb xəstəxanalıq oldu

ABŞ-ın 75 yaşlı senatoru Harri Rid dünən axşam evində idman edərkən yıxılaraq bir neçə qabırğasını və üzünün sümüklərini sındırıb.

Publika.az xəbər verir ki, senatorun ofisindən verilən məlumata görə, o, gecəni Nevadada hospitalda keçirib.

Senatda Nevada ştatını təmsil edən demokrat senator idman qurğusu ilə məşq edərkən qurğudan bir hissə sınaraq ona dəyib və senator yerə yıxılıb.

Həkimlər onun tezliklə sağala biləcəyini və gələn həftə Senatın növbəti sessiyası üçün Vaşinqtona geri qayıda biləcəyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm