İsraili xəritədən sildilər
Bizi izləyin

Dünya

İsraili xəritədən sildilər

Amerikan media nəhəngi Murdoça məxsus dünyanın ən məşhur mətbəələrindən biri hesab edilən HarperKollins mətbəəsində orta şərqdəki məktəblər üçün xüsusi olaraq hazırlanan bir xəritədə İsrailin adına yer verilməyib.

Axar.az xəbər verir ki, alman “Die Welt” qəzetinin bildirdiyinə görə, HarperKollinsin orta və yaxın şərq ölkələrindəki məktəblər üçün xüsusi olaraq hazırladığı xəritədə İsrailin qonşuları olan ölkələrin hamısının adı yazılsa da İsrailin sərhədləri gözə çarpmayan şəkildə çəkilib, adı isə ümumiyyətlə qeyd edilməyib.

Sosial şəbəkələr üzərindən həmin mətbəə həddindən artıq tənqid edilib. Tənqid edənlər bunu mətbəənin qəsdən etdiyini düşünürlər. Bundan sonra HarperKollins geri addım ataraq açıqlama verib: “Yaxın və orta şərq üçün hazırlanan xəritədə İsrailin adının yazılmamasına üzüldük. Həmin məhsul bazardan yığışdırılıb, nəşri də dayandırılıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm