Daxili işlər naziri intihar etdi
Bizi izləyin

Dünya

Daxili işlər naziri intihar etdi

Rusiya Federasiyasının Mari El respublikasının daxili işlər naziri Vyaçeslav Buçnyov iş yerində özünü güllələyib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Mətbuax xidmətinin məlumatına görə, dekabrın 26-dan yanvarın 8-dək Buçnyov tətildə olsa da, vaxtaşırı işə gəlib.

"Bu gün o həmçinin işə gəlmişdi, katib də işdə idi və bir müddətdən sonra onun ofisində atəş səsini eşitdi", - mətbuat xidmətinin nümayəndəsi TASS agentliyinə bildirib.

Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır və hadisənin təfərrüatları araşdırılır.

Buçnyov Mari El DİN başçısı vəzifəsini 2011-ci ilin may ayından yerinə yetirirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm