Ebolaya yoluxan tibb bacısının vəziyyəti ağırlaşıb
Bizi izləyin

Dünya

Ebolaya yoluxan tibb bacısının vəziyyəti ağırlaşıb

Syerra Leonedə Ebola virusuna yoluxan britaniyalı tibb bacısının vəziyyəti ağırlaşıb.

Publika.az-ın məlumatına görə, bu barədə onu müalicə edən London xəstəxanası açıqlama verib.

Royal Free Hospital təəssüflə bəyan edib ki, Pauline Cafferkey-in vəziyyəti son iki gün ərzində tədricən pisləşib.

Pauline Cafferkey eksperimental anti-virus dərmanı qəbul edib və ona xəstəlikdən sağalan adamların qanı vurulub.

O, dekabrda "Save the Children" xeyriyyə təşkilatı ilə könüllü olaraq Syerra Leoneyə gedəndən sonra xəstələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm