Dünya
Neft sisternləri partladıldı – FOTO,VİDEO
Yanvarın 3-də Ukraynanın Odessa şəhərindəki Peresıp dəmir yolu stansiyasında neft məhsulları ilə dolu sistern partladılıb və qazoyl ətrafa dağılıb.
Teleraf.com-un TASS-a istinadən xəbərinə görə, Ukrayna DİN-in Odessa dəmir yolu idarəsi hadisəni terror aktı kimi dəyərləndirib.
"Hadisə partlayıcı qurğunun işə salınması nəticəsində baş verib. Bütün materiallar Ukrayna Təhlkəsizlik Xidmətinin Odessa idarəsinə göndəriləcək", - Ukrayna DİN-in nümayəndəsi Anastasiya Yakubenko bildirib.
Hadisə nəticəsində ölən və yaralananlar yoxdur, qatarların hərəkəti dayandırılmayıb.
Hadisədən sonra Ukrayna Milli Qvardiyasının bölmələri şəhərdə təhlükəsizliyi təmin etmək üçün Odessaya gəlib.
Vilayət daxili işlər idarəsinin rəisi, general İvan Katerinçuk bildirib ki, təkcə son bir ay ərzində şəhərdə 5 terror aktı törədilib, 1 nəfər ölüb. Onun sözlərinə görə, bu əməliyyat zamanı hərbçilər milislərlə birgə şübhəli şəxsləri saxlayacaq, onların şəxsi əşyalarına baxış keçirəcəklər.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI