İsraillə ABŞ-ın HƏMAS-la bağlı "sürgün planı" işləmir: Heç bir ölkə...
Bizi izləyin

Dünya

İsraillə ABŞ-ın HƏMAS-la bağlı "sürgün planı" işləmir: Heç bir ölkə...

İsrail və ABŞ-ın Qəzza zolağının Rəfah şəhərindəki tunellərdə tapılan təxminən 200 HƏMAS üzvünün sürgün edilməsi barədə razılığa gəldiyi iddia edilib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Təhlükəsizlik Kabinetinin adı açıqlanmayan rəsmisi İsrail mətbuatına açıqlamasında bildirib.

Onun sözlərinə görə, planda heç bir irəliləyiş yoxdur, çünki HƏMAS üzvlərini qəbul etməyə hazır olan ölkə hələ tapılmayıb.

Məlumata görə, razılaşma dünən ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçirilən görüş zamanı əldə edilib.

Bununla yanaşı Səudiyyə Ərəbistanı mediası da iddia edib ki, Kuşner İsrailin dəstəklədiyi Xalq Qüvvələri dəstəsinin lideri Yasir Əbu Şabab ilə İsrailin Kiryat Qat şəhərində yaradılmış Qəzza atəşkəs monitorinq mərkəzində gizli görüş keçirib. Görüşdə HƏMAS üzvlərinin Rəfahdan çıxarılması müzakirə olunub.

Lakin ABŞ Dövlət Departamentinin Yaxın Şərq İşləri Bürosu sosial mediada verdiyi açıqlamada bu iddiaları təkzib edib: "Bu xəbər saxtadır. Belə bir şey baş verməyib", - açıqlamada qeyd olunub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm